Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, gözlənilən televiziya müraciəti əvəzinə Müctəba Xameneyinin adından yalnız yazılı bəyanat yayımlanıb. Bu isə onun atası Əli Xameneyinin uzun illər davam etdirdiyi ənənəni pozub — o, hər il İranın Yeni ilinin ilk günündə xalqa müraciət edirdi.
Yeni liderin fəaliyyət qabiliyyətini təsdiqləyən vizual görüntülərin olmaması dünya kəşfiyyat xidmətlərində, o cümlədən Mərkəzi Kəçfiyyat İdarəsi (MKİ) və Mossadda onun fiziki durumu, dəqiq harada olduğu və İranın hərbi əməliyyatlarının idarə olunmasındakı real rolu ilə bağlı geniş müzakirələrə səbəb olub.
Xameneyi yazılı müraciətində bildirib ki, İran xalqı davam edən münaqişə çərçivəsində düşmənlərə “sarsıdıcı zərbə” vurub. Bununla belə, ekspertlər qeyd edir ki, o, vəzifəyə gəldiyi 16 gün ərzində bir dəfə də olsun canlı yayıma çıxmayıb, əvvəlki mesajları isə yalnız audio və ya mətn formasında dövlət mediası vasitəsilə təqdim olunub.
Qadir, Bizimyol.info