ML: Litva Azərbaycan matçında bərabərlik YENİLƏNİR

27.09.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

....Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə bu gün ilk sınağına çıxacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, D Liqasının II qrupunda yer alan yığmamız mübarizəyə birbaşa ikinci turdan başlayır.

İlk turu oyunsuz keçirən komandamız yeni mövsümün debüt matçında səfərdə Litva seçməsinin qonağı olacaq.

"Dariaus ir Gireno" stadionda baş tutacaq qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcəklər. Oyunun baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georqiu və Eraklis Komodromos kömək edəcəklər.

UEFA Millətlər Liqası
D Liqası, II Qrup, II tur
27 sentyabr

17:00. Litva – Azərbaycan - 1:1 (Fasilə)
Qollar: A. Kuçis, 9 (pen) // M. Emreli, 14

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью