futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Futbolpress.az-ın məlumatına görə, Azərbaycan milli komandasının heyətində ən yaxşı futbolçu isə Mahir Emrelidir. 4 matçda meydana çıxan hücumçu 2 qol vurub. Onun ümumi qaçış məsafəsi 19.4 km olub. Forvard eyni zamanda ən çox qapıya zərbə endirən futbolçudur. Onun 21 zərbəsindən 10-u dəqiq olub, 7-si “çərçivə”dən kənara gedib. 4 zərbə isə bloklanıb.
Millinin heyətində ən çox qayda pozan futbolçu isə Rahil Məmmədov olub. Müdafiəçi 3 matçda 9 dəfə kobud oynayıb və bir sarı vərəqə ilə cəzalanıb.
Yığmanın ən çox top qazananı isə Bədavi Hüseynovdur. Mərkəz müdafiəçisi 3 matçda 35 dəfə rəqiblərindən top “oğurlayıb”. O, 20 uğurlu müdaxilə ilə birincidir.
Azərbaycan yığması qrupu 8 xalla lider kimi başa vurub. Komanda 4 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib.
Şahin Cəfərov