Mllimiz bu gün Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək Yeni Çağ Media

28.11.2024

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Yenicag.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.

Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Görüşün baş hakimi tacikistanlı Dilşoda Rahmonova olacaq.

Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью