MLS də Messi şousu Cərimədən 70 ci qol VİDEO

02.03.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

MLS-in müntəzəm çempionatında keçirilən “Orlando Siti” – “İnter Mayami” görüşü Lionel Messinin növbəti şousu ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, argentinalı ulduz komandasının 4:2 hesablı qələbəsində möhtəşəm qolla fərqlənib.
Matçın 90-cı dəqiqəsində təxminən 25 metr məsafədən təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirən kapitan topu birbaşa qapının “alt doqquzluq”una göndərib.

Bu qol 38 yaşlı hücumçunun karyerasında cərimə zərbəsindən vurduğu 70-ci qol olub. Messi bu göstərici ilə dünya futbolunun əfsanəsi Pelenin rekorduna şərik çıxıb.

Hazırda argentinalı yalnız cərimə zərbələrindən vurulan qollara görə rekordçu olan Juninyo Pernambukanudan geri qalır. Braziliyalının aktivində 77 qol var.

“Yuventus” Spalettini komandada saxlayacaq Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib Günün oyunları bu kanallarda - TV AFİŞA Hansı oyun, hansı kanalda? - TV AFİŞA “Aston Villa”nın futbolçusu Premyer Liqada klubunu dəyişəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью