MLS dən Pulişiç üçün astronomik təklif

24.06.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Nyu York Siti" klubu "Milan"ın və ABŞ millisinin ulduz futbolçusu Kristian Pulişiçi yenidən vətəninə qaytarmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Amerika təmsilçisi bu yay 27 yaşlı hücumameyilli yarımmüdafiəçini cəlb etmək məqsədilə ona illik 10 milyon dollar dəyərində nəhəng bir müqavilə təklif etməyə hazırlaşır.

MLS komandası ulduz oyunçunu heyətinə qatmaqla həm marketinq, həm də idman cəhətdən böyük bir sıçrayış etmək niyyətindədir.

İtaliya mətbuatının yaydığı bu iddiadan sonra "Milan" rəhbərliyinin və Pulişiçin bu təklifə necə cavab verəcəyi böyük maraq doğurur.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью