MLS klubu Tomas Müllerlə bağlı qərarını verdi

30.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bayern Münhen"in və Almaniya millisinin sabiq kapitanı Tomas Müller daha bir il MLS-də qalacaq.

Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu "Vankuver" ilə müqaviləsinin müddətini uzadıb.

Məlumatı Kanada klubunun mətbuat xidməti yayıb. Yeni müqavilə 2027-ci ilin sonuna qədər qüvvədə olacaq. 

Almaniya tarixinin ən çox titul qazanan oyunçusu bu mövsüm "Vankuver"də 32 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью