MLS Kuboku: Messinin komandası məğlub oldu VİDEO

10.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS Kubokunun 1/8 final mərhələsinin üçüncü pley-off oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, Mayamidəki "DVR Stadium"da keçirilən matçda qonaqlar 2:3 hesabı ilə qalib gəliblər.
 

Oyunun 65-ci dəqiqəsidə argentinalı hücumçu Lionel Messi fərqlənərək hesabı 2:2-yə çatdırıb və karyerasındakı 850-ci qolunu vurub. Lakin bu, onun komandasını məğlubiyyətdən xilas etməyib.


Beləliklə, üç görüşdən sonra "Atlanta Yunayted" MLS Kubokunun 1/4 finalına yüksəlib.
Xatırladaq ki, ilk oyunda "İnter", ikinci matçda isə "Atlanta" eyni hesabla (2:1) qalib gəlib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью