MLS matçı meydana azyaşlı uşağın çıxması səbəbindən dayandırılıb VİDEO

24.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MLS-in(ABŞ və Kanadanın futbol liqası) müntəzəm çempionatında “San-Xose” ilə “Minnesota” arasında keçirilən qarşılaşma meydana azyaşlı uşağın çıxması səbəbindən bir neçə dəqiqəlik dayandırılıb.

İdman.Biz xəbər verir ki, görüşün sonlarına yaxın kiçik oğlan uşağı qəfildən meydana daxil olub. Stadion əməkdaşları uşağı qucaqlarına götürərək meydandan çıxarıb və valideynlərinə təhvil veriblər.

Şənbə günü keçirilən qarşılaşma “Minnesota”nın böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1.

Qeyd edək ki, son vaxtlar MLS oyunları zamanı uşaqların meydana daxil olması ilə bağlı bu, artıq ikinci haldır. 2025-ci ilin iyununda “Di Si Yunayted” və “Çikaqo” arasındakı oyunda da oxşar hadisə baş vermişdi.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью