MLS uğursuzluğu və Nərimanın “dadaşlar” seçimi

07.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin fevralında bəh-bəhlə MLS təmsilçisi “Kolumbus Kryu”ya keçən Nəriman Axundzadənin ABŞ günləri tez başa çatdı.

2.5 milyon avro qarşılığında “Qarabağ”dan ayrılan 22 yaşlı hücumçu Ohayo təmsilçisində özünü doğrulda bilmədi. MLS-də cəmi 7 oyuna çıxan Nəriman çempionatda nə qol vurdu, nə məhsuldar ötürmə etdi. Cinah oyunçusunun “Kolumbus Kryu”ya yeganə faydası kubok görüşündə bir assist etməsi oldu.

Bu mövsümə də ehtiyatda başlayan, son matçda ümumilikdə heyətə daxil edilməyən Nəriman klubunu dəyişmək qərarına gəldi. Oyun praktikasının azlığına görə ayrılıq fikrinə düşən Axundzadə 2026/27 mövsümünü Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor”da icarədə keçirəcək.

“Dadaşlar”a keçid hücumçu üçün uyğun seçimdir. Super Liqada fiziki futbola çox üstünlük verilmir, türklər daha çox estetik futbol oynayır və bu, Nərimanın özünü göstərə bilməsi üçün yaxşı fürsətdir.

Son illərdə Azərbaycan futbolunun yetişdirdiyi tək-tük adlardan olan hücumçu bu dəfə də özünü doğrulda bilməzsə, böyük ehtimal növbəti ünvanı yenidən Azərbaycan olacaq. Nəriman bu səbəbdən Super Liqada qazandığı hər oyun şansından maksimum yararlanmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью