MLSin çempionu müəyyənləşdi

15.12.2024

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ çempionatının yüksək liqası sayılan MLS-in qalibi müəyyənləşib.

Finalda “Los Anceles Qalaksi” və “Nyu York Red Bullz” qarşılaşıblar. Matç Los Anceles klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Bütün qollar ilk hissədə vurulub: Cozef Peynstil 9-cu dəqiqədə hesabı açıb, Deyan Yoveliç 13-cü dəqiqədə los anceleslilərin üstünlüyünü iki topa çatdırıb. Şon Nilisin 28-ci dəqiqədə vurduğu qol nyu yorklular üçün kiçik təsəlli olub.
Qeyd edək ki, “Los Anceles Qalaksi” tarixində 6-cı dəfə MLS çempionu olub. Bu turnirin rekordudu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью