MM də Təhsillə bağlı yeni layihə təklif edildi | Icma.az
Icma.az, Bakupost saytına istinadən bildirir. Milli Məclisdə təhsil haqqında qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif
Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəy
Bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq.
Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb.
Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?"V.Qafarov hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoratura səviyyəsində gücləndirməyi təklif edib:"Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir.
Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır.
Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır.
Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır.
Tam oxu
Xəbəri oxu