MM əməyin mühafizəsi ilə bağlı yeni sənəd təsdiq edəcək

28.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 187 nömrəli Konvensiyasının təsdiqi üçün qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.

"Cebheinfo.az" xəbər verir ki, layihə əməyin təhlükəsizliyi və gigiyena sahəsində beynəlxalq standartların ölkə qanunvericiliyinə inteqrasiyasını təmin etməyi hədəfləyir.

Məlumata görə, qanun layihəsi qəbul olunduqda Azərbaycanda işçilərin əməyin təhlükəsizliyi və sağlamlığının qorunması ilə bağlı normativ-hüquqi baza güclənəcək və beynəlxalq öhdəliklər tam icra olunacaq.

Qeyd edək ki, bu sənəd normativ hüquqi akt layihəsi hesab olunur və xüsusilə beynəlxalq müqavilələrin ratifikasiyası istiqamətində hazırlanıb. Yəni, BƏT-in konvensiyasını ölkə qanunvericiliyinə daxil etmək üçün Milli Məclisin təsdiqinə təqdim olunan rəsmi layihədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью