MM heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərclərinin ləğv…
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir.
SİA xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub.
Qeyd edilib ki, "Baytarlıq haqqında" qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir.
Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilmiş və qeydiyyatın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Həmçinin müəyyən edilmişdir ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur.
Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.
Layihəyə əsasən, qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir.
Tam oxu
Xəbəri oxu