MM İlham Əliyevi təbrik edib Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə AzPolitika onlayn siyasiictimai qəzet

29.12.2024

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin payız sessiyası üzrə son plenar iclasında çıxış edib.

Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmasını məqsədəuyğun sayıb.

Spikerin təklifi alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью