MM komitə sədri: Azərbaycan vətəndaşlarının Latviyaya səfərinə nəzarətin sərtləşdirilməsi …
Icma.az bildirir, Apa.az portalına istinadən. “Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının Azərbaycan vətəndaşlarının da bu ölk
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının Latviyaya giriş şərtlərinin sərtləşdirilməsi ilə bağlı təkliflər baxılmaq üçün bu il yanvarın 16-da Seymin komissiyalarına təqdim edilib.
Qanun layihəsinin annotasiyasında Azərbaycanın da adı qeyd edilib.
Seymin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Janis Dombrava qanun layihəsinin müzakirəsində vurğulayıb ki, MDB ölkələrinin vətəndaşları üzərində nəzarəti gücləndirmək lazımdır.
Qeyd edib ki, həmin dövlətlərin vətəndaşları Latviyaya daxil olmazdan əvvəl özləri haqqında sorğu anketi doldurmalı, səfərin məqsədi, gözlənilən vaxt və qalma yeri, səfərin marşrutu barədə məlumat verməlidir.
Komissiyaların müzakirəsinə “Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər də təqdim edilib ki, bu dəyişikliklərə əsasən, MDB ölkələrinin vətəndaşları Latviyanın sərhəd zonasına yalnız Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin razılığı ilə daxil ola biləcəklər.
Arzu Nağıyevin sözlərinə görə, Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri müzakirələr zamanı iddia edib ki, həmin dövlətlər Rusiya və Belarus vətəndaşları ilə bağlı heç bir yoxlama aparmır, buna görə də MDB ölkələrinin vətəndaşlarına nəzarəti gücləndirmək lazımdır.
Tam oxu
Xəbəri oxu