MM sədri: Dilimizə sahib çıxmaqla Azərbaycanı hərtərəfli inkişaf etdirəcəyik

08.12.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilini dövlət atributu səviyyəsinə qaldırdı, cənab Prezident İlham Əliyev isə bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə irəliyə doğru aparır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclis sədri Sahibə Qafqarova parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

MM sədri bildirib ki, Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi kimi Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda tarixi yaddaşımızın aynası, irsimizin daşıyıcısı və gələcək nəslə ötürəcək bir vasitəsidir. “Azərbaycan dilinin qorunması eyni zamanda millətimizin və dövlətimizin varlığı deməkdir”, - o qeyd edib.

Spiker əlavə edib ki, Azərbaycan dili millətin ruhunu özündə daşıyır. “Biz dili inkişaf etdirib ona sahib çıxmaqla həm hərtərəfli inkişaf edəcəyik, həm də Azərbaycanın gələcəyinə sahib çıxacağıq”, - spiker qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью