Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata əsasən, sessiyanın açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.
Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib.
Spiker Sahibə Qafarova deyib ki, qadın və kişilərin mahiyyət etibarilə bərabər olması prinsipi cəmiyyətin əsas dəyəri kimi möhkəmləndirilməlidir. Digər tərəfdən qadınların ictimai həyatda və qərar qəbuletmə proseslərində tam və bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.
Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verən spiker Sahibə Qafarova deyib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin - cəmiyyətin ən kiçik vahidinin - formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Qadınlar cəmiyyətdə həmişə bərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledici təsir göstərib. Milli Məclisin sədri xatırladıb ki, müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəbin 1901-ci ildə Bakıda açılması və qadınlara 1918-ci ildə seçki hüququnun verilməsi bu yanaşmanı əks etdirir və Azərbaycan cəmiyyətində qadınların mühüm rolunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar.
Sahibə Qafarova bu forum çərçivəsində aparılan müzakirələrin real nəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimi ümumi məqsədin - regionumuzda sosial həmrəyliyin, dayanıqlığın və davamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin — irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib.