MMA döyüşçümüz UFC dəki növbəti görüşündə məğlub oldu

01.02.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.

Bakupost.az -ın məlumatına görə, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью