MMA döyüşçüsü dopinqdə ilişdi Bu cəza verildi

05.06.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarışıq döyüş növləri (MMA) üzrə ukraynalı döyüşçü İvan Paşiç antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) saytında bildirilib. İdmançının dopinq nümunəsində qadağan olunmuş meldonium preparatı aşkar edilib.

Təhlil 30 sentyabr 2022-ci ildə Qarışıq Döyüş Növləri üzrə Avropa Çempionatının keçirildiyi Lignano Sabbiadoroda (İtaliya) aparılıb.

21 yaşlı döyüşçünün 4 il müddətinə diskvalifikasiya edilməsi qərarı Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının (IMMAF) qərarı əsasında İTA tərəfindən qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью