Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçdə yaşayan soydaşımız, peşəkar MMA döyüşçüsü Əli Quliyev Vasteras şəhərində keçirilən Fight Club Rush (Döyüş klubu turniri) liqasında növbəti qələbəsini qazanıb.
XQ xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı bu dəfə Braziliya təmsilçisi Fabrisio Nunes ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın sonunda Əli Quliyev rəqibini məğlub edib.
Soydaşımızın davamlı və intensiv məşqləri onun beynəlxalq arenalarda uğurla çıxış etməsinə şərait yaradır.