MMA döyüşçüsü islamı qəbul etdi

21.06.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İslamı qəbul edən qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Ceff Monson adını da dəyişmək qərarına gəlib.

News24.az bildirir ki, o, bu niyyətini rusiyalı jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı Ceff Monsonun dini qəbuletmə mərasimi Moskvada baş tutub və Qurban bayramına təsadüf edib.

Xatırladaq ki, C.Monson 2013-cü ildən Rusiyada yaşayır. Daha sonra o, Rusiya vətəndaşlığını alıb və ABŞ vətəndaşlığından imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью