MMA döyüşçüsü Sumqayıtda öldürüldü

17.11.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Manset.az Ajans.az-a istinadən xəbər verir ki, bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlilzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.

Məlumata görə, Ceyhun Xəlilzadə MMA döyüşçüsü olub. O, bir neçə yerli və beynəlxalq turnirlərdə işitirak edib.

Vəfat edən şəxsin qohumu da Tik Tok platformasında paylaşım edib. O qeyd edib ki, C. Xəlilzadə MMA çempionu olub və yaşadığı evdəki kirayəşinlər tərəfindən bıçaqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью