Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, idmançı yuxuda ikən ehtimal olunan ürək tutmasından sonra həyat əlamətləri olmadan tapılıb. Hadisə yerinə gələn tibb işçiləri ölüm faktını təsdiqləmək məcburiyyətində qalıblar.
Nasimento ən yüngül çəki dərəcəsində çıxış edirdi. MMA karyerası ərzində o, 22 qələbə qazanıb və 7 dəfə məğlub olub. UFC turnirləri çərçivəsində braziliyalı 6 döyüş keçirib, onlardan dördündə qalib gəlib, ikisində isə uduzub.