MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxdı İdmanXəbər

19.11.2024

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, idmançımız “Rizin” turnirində Yaponiya təmsilçisi Kazumasa Majima ilə qüvvəsini sınayıb.

Qarşılaşma Yaponiyanın Naqoya şəhərində baş tutub. 70 kq çəkidə mübarizə aparan Vüqara qələbə üçün cəmi 28 saniyə kifayət edib. Bu qələbə təmsilçimizə kəmər uğrunda döyüşə vəsiqə qazanmaq şansı verib.

Qeyd edək ki, Kərəmov “Rizin” çərçivəsindəki 8 döyüşdə 6-cı qələbəsini qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью