MN: Goran təlim sahəsində yararsız döyüş sursatlarının məhvi həyata keçirilir Xəbər saytı Son xəbərlər və Hadisələr

09.01.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью