MN: Hərbi hissə yaxınlığında obyektdə yanğın olub, xəsarət alan yoxdur

08.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Müdafiə Nazirliyin N hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.

Oxu.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью