MN: Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

26.01.2026

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pirəkəşkül və Ağdərədə 26-30 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Reyting.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью