MN: Pirəkəşkül yaxınlığındakı poliqonda yararsız sursatlar məhv ediləcək

14.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

14-16 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью