MN təsdiqlədi: Öz qırıcımızdır, təlim məşq uçuşudur

23.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

23 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq aviasiya vasitələri ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Təlim uçuşları bütün təhlükəsizlik qaydalarına riayət olunaraq yerinə yetirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkələrdə Quba rayonu səmasında bu gün günorta saatlarında çox aşağı məsafədən qırıcı uçduğu barədə iddia yayılıb. Bəziləri isə qırıcının guya Rusiya istiqamətindən gəldiyini düşünüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью