Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Türk Silahlı Qüvvələri qardaş, dost və müttəfiq ölkələrin, xüsusilə Şimali Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina və Qətərin ədalətli davalarına dəstəyini davam etdirir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-nin sözçüsü Zeki Aktür mətbuat konfransı zamanı bildirib:
“Bu münasibətlə “Biz bir millət, iki dövlətik” deyərək Azərbaycanın mərhum Ümummilli Lideri, iki qardaş ölkənin xalqlarının birliyini və həmrəyliyini daha da möhkəmləndirən mərhum Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və ehtiramla yad edirik”.