MNdə vəzifə verilən 37 yaşlı general məşhur şəxsin oğlu imiş KONKRET

19.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

KONKRET.az xəbər verir ki, F.Əliyevə 2023-cü ilin noyabrında  “general-mayor” ali hərbi rütbəsi verilib.

“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə doğulub. O, daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.//Milli.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью