Mnifutbol klublarının reytinq cədvəli açıqlanıb

11.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan minifutbol klublarının 2025-ci il üçün reytinq cədvəli müəyyənləşib. Sport24.az xəbər verir ki, siyahını Azərbaycan Minifutbol Federasiyası tərtib edib.

Ölkə çempionatında çıxış etmiş klubların reytinqinə son çempion "Birbaşa Bakı" başçılıq edir. 2-ci sırada "Zirə"dir. Digər favorit komandalardan "Aznur" və "Qalaksi" müvafiq olaraq 3-cü və 4-cü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, cədvəldə 24 komanda yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью