Mobil cihazların bahalaşma ehtimalı varmı? İQTİSADÇI AÇIQLADI

03.02.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlarda mobil cihazların qiymətində artım olacağı deyilir. Bəs, həqiqətən də mobil cihazların bahalaşma ehtimalı varmı?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, mövcud iqtisadi və bazar göstəriciləri bu ehtimalın real olduğunu deməyə əsas verir:

“Birinci və ən önəmli faktor qlobal miqyasda istehsal xərclərinin yüksəlməsidir. Smartfon istehsalında istifadə olunan yaddaş çipləri, prosessorlar və digər texnoloji komponentlərin qiymətində artım müşahidə olunur. Süni intellekt texnologiyalarına tələbin kəskin yüksəlməsi çip bazarında əlavə təzyiq yaradır və bu, istehlakçı elektronikasına birbaşa təsir edir.

İkinci mühüm məqam yerli bazarla bağlıdır. Azərbaycanda idxal olunan mobil telefonlara tətbiq edilən rüsumlar və vergi mexanizmlərindəki dəyişikliklər qiymət formalaşmasına təsirsiz ötüşmür. İdxal xərclərinin artması, təbii olaraq, pərakəndə satış qiymətlərində də öz əksini tapır.

Üçüncü amil valyuta riskləri və logistika xərcləridir. Qlobal tədarük zəncirində baş verən hər hansı gecikmə və ya bahalaşma kiçik bazarlarda daha sürətli qiymət artımı ilə nəticələnir. Nəticə etibarilə, yaxın dövrdə mobil cihazların qiymətlərində müəyyən artım ehtimalı yüksəkdir. Bununla belə, artımın kəskin və birdəfəlik olmasından daha çox, mərhələli və modellər üzrə fərqli səviyyələrdə baş verməsi gözlənilir. İstehlakçılar üçün əsas tövsiyə odur ki, ehtiyac duyulan cihazların alınmasını uzun müddət təxirə salarkən bazardakı vergi və qiymət dəyişikliklərini diqqətlə izləməyi tövsiyə edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью