Mobil internetin ən sürətli olduğu ölkələr

24.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən sürətli mobil internet şəbəkələri heç də yalnız böyük iqtisadiyyatlara malik ölkələrdə deyil. Yaxın Şərqin bir sıra dövlətləri mobil internet sürətinə görə ABŞ, Çin və Yaponiya kimi ölkələri geridə qoyur.

Banco.az Ookla-nın 2026-cı ilin oktyabr ayı üzrə Speedtest Global Index məlumatlarına istinadən xəbər verir ki, mobil internet sürətinə görə Yaxın Şərq ölkələri liderdir.

Birləşmiş Ərəb Əmirlikləri 689,9 Mbit/s göstərici ilə dünya reytinqində ilk sırada qərarlaşıb. Ölkə ikinci yerdəki Qətəri (533,3 Mbit/s) 150 Mbit/s-dən çox fərqlə qabaqlayır. Küveyt isə 413,9 Mbit/s sürətlə üçüncü yerdədir. Beləliklə, ilk üç pillənin hamısını Körfəz ölkələri tutub.

2026-cı ildə mobil internetin orta yükləmə sürətinə görə ilk 10-luq belədir:

Birləşmiş Ərəb Əmirlikləri - 689,9 Mbit/s Qətər - 533,3 Mbit/s Küveyt - 413,9 Mbit/s Almaniya - 289,4 Mbit/s Braziliya - 272,8 Mbit/s Cənubi Koreya - 248,9 Mbit/s Bəhreyn - 247,2 Mbit/s Səudiyyə Ərəbistanı - 222,5 Mbit/s Bolqarıstan - 212,5 Mbit/s ABŞ - 198,6 Mbit/s

Ookla ilk üçlükdə yer alan ölkələrin yüksək 5G göstəricilərini geniş radio tezlik spektri, əhatə dairəsinin genişliyi və operatorlar arasındakı rəqabətlə əlaqələndirir. Daha geniş tezlik spektri şəbəkələrin daha çox məlumat ötürməsinə, geniş əhatə dairəsi isə daha çox ərazidə yüksək sürətli internetə çıxışa imkan yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью