Mobil internetin ən sürətli olduğu ölkələr Siyahı

16.11.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin oktyabr ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (428.53 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Qətər (356.74 Mbps) ikinci, Küveyt (258.51 Mbps) üçüncü olub.

111 ölkə arasında sonuncu yerdə Əfqanıstan (8.54 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 54-cü (55.90 Mbps) olub. 

Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Oktyabr, 2024):

BƏƏ – 428.53 Mbps Qətər – 356.74 Mbps Küveyt – 258.51 Mbps Danimarka – 149.73 Mbps Bolqarıstan – 147.68 Mbps Cənubi Koreya – 146.42 Mbps Niderland – 142.84 Mbps Norveç – 139.37 Mbps Lüksemburq – 127.57 Mbps Sinqapur – 123.73 Mbps

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью