Mobil nömrəsi bloklanan gənc özünü bıçaqladı

19.01.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью