Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin bugünkü plenar iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Azər Badamov təklif olunan dəyişikliklərin telekommunikasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və bu alanda nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, təqdim olunan qanun layihəsi tənzimləmələrin hüquqi məzmununu dəqiqləşdirmək xarakteri daşıyır. Sənədə əsasən, qanunun 14-cü maddəsində yer alan “standart” sözünün “keyfiyyət göstəricisi” ifadəsi ilə əvəz edilməsi nəzərdə tutulur.
A.Badamov, həmçinin əlavə edib ki, qanunun 33.1.5-ci maddəsində “keyfiyyət göstəricisi” anlayışının təsbit edilməsi xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən konkret meyar kimi hüquqi bazaya daxil olunmasını təmin edəcək. pizza hut
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda əsas kimi qəbul edilib.