Mobil telefon və “ağıllı” saat aşkar edilən şagirdlər imtahandan çıxarılıb DİM

20.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Bu gün ölkənin bəzi şəhər və rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Yeniavaz.com
DİM-in yaydığı məlumata istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər olub.
“İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək”, - məlumatda deyilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью