mobil tətbiqi ilə hər kəs hava durumunu öyrənə biləcək

18.11.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava məlumatlarının, hava durumu ilə bağlı erkən xəbərdarlıqların daha əlçatan olması məqsədilə Azərbaycanda meteo.az mobil tətbiqi istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Teleqraf.com-a bildirib ki, ödənişsiz təqdim olunan meteo.az tətbiqindən istifadə edən hər kəs artıq “İOS” və “Android” əməliyyat sistemləri ilə işləyən smartfon cihazları vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıqlar haqqında məlumatları öyrənəcək, qısamüddətli hava proqnozu ilə yanaşı həftəlik hava proqnozlarını da əldə edə
biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью