Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Epoint Inc.
şirkəti kiçik və orta biznes üçün nağdsız ödənişləri daha rahat və sürətli qəbul etməyə kömək edən yeni məhsulu — Mobile POS-u təqdim edir.
Epoint-in rəqəmsal həllər və elektron ticarət məhsullarının təbliğatında tərəfdaşı, rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkətidir.
Layihə, texnoloji proqram təminatçısı EasyGo ilə birgə həyata keçirilib.
Hər biznes növü üçün sadəlik və rahatlıq Müştərilərin qoşulma prosesi tamamilə onlayn rejimdə rəqəmsal imza vasitəsilə sənədlərin imzalanması ilə həyata keçirilir ki, bu da işi sadələşdirir və qoşulma vaxtını qısaldır.
Epoint platformasında vahid qeydiyyatdan keçməklə, müştəri hansı bankda xidmət göstərilməsindən asılı olmayaraq, Mobile POS sisteminə çıxış əldə edir və ödənişləri qəbul etməyə dərhal başlaya bilər.
Mobile POS istənilən smartfonu tam funksional POS-terminala çevirir ki, bu da xüsusilə səyyar xidmət göstərən və ya çatdırılma biznesləri üçün əlverişlidir.
Artıq ağır avadanlığa ehtiyac yoxdur — bütün əməliyyatlar bir neçə dəqiqə ərzində yüklənə bilən mobil tətbiq vasitəsilə həyata keçirilir.