Modelin sahil çəkilişi fəlakətə çevrildi VİDEO

27.02.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Taylandın Phuket adasında məşhur makiyaj fenomeni Svetlana Smoky sahildə çəkiliş edərkən gələn dalğa hər şeyi alt-üst edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Svetlana, Adele-in “Rolling in The Deep” mahnısı səslənərkən sahildə pozlar verib. Lakin anidən gələn güclü dalğa işləri korlayıb.

Bu anları “Instagram” hesabında paylaşan Svetlana videonun 8,6 milyon baxış topladığını və viral olduğunu bildirib:

“Dənizlə gözəl bir foto çəkmək istədim. Amma nəticə belə oldu”.

Svetlana-nın izləyiciləri bu məzəli hadisə ilə bağlı sosial mediada müxtəlif şərhlər yazıb:

"Gözlədiyindən daha yaxşı alınıb”.
"Bu videonu əlimdə qəhvə fincanı ilə izlədim... təşəkkürlər”.
"O dalğa sanki burada darıxdım, gəlin fərqli bir şey edək dedi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью