Modelyer Leyla Əhmədova ilə bağlı xəbərə təkzib:

08.09.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

Jurnalist Gülnaz Qənbərli tanınmış modelyer Leyla Əhmədovanın həbs edilməsi və dələduzluqda ittiham olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

G.Qənbərli açıqlamasında Leyla Əhmədovanın həbs edilmədiyini və yayılan xəbərin yalan olduğunu bildirib.

“Leyla xanım həbs edilməyib! Nə dələduzluğu? Leyla xanım işində-gücündə! , – deyə jurnalist qeyd edib.

O bildirib ki, xəbərin yayılmasından sonra Leyla Əhmədova ilə telefonla danışıb və onun həbs olunması barədə məlumatın həqiqətə uyğun olmadığını şəxsən dəqiqləşdirib. “Bu dəqiqə Leyla ilə danışdım. Yalandır. Belə şey olmayıb”, – deyə G.Qənbərli vurğulayıb.

Jurnalist saxta məlumatı yayan şəxsin müəyyənləşdiriləcəyini və bununla bağlı hüquqi addımlar atılacağını da açıqlayıb.

“Saxta xəbəri yayanın kim olduğunu dəqiqləşdirib məhkəməyə verəcəyik”, – deyə o bildirib.

Qeyd edk ki tanınmış modelyer Leyla Əhmədovanın həbsi barədə xəbəri “Qafqazinfo” yayıb. Saytın əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью