Modelyer xəstəxanadan 42 milyon lirə təzminat tələb edir Xəbər saytı Son xəbərlər və Hadisələr

04.12.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstraliyalı modelyer və dizayner Eva Kavalli Türkiyədəki xəstəxanadan 42 milyon lirə təzminat tələb edir.

BAKU.WS xəbər verir ki, o terapiya üçün 2023-cü ildə Bodrumdakı detoks mərkəzlərindən birinə üz tutub.

Müalicə adı altında Evaya prosedurlar tətbiq edilib və onun bağırsaqları deşilib.

Özəl xəstəxanalardan birinə yerləşdirilən modelyer bundan sonra xəstəxananı məhkəməyə verib.

Kavalli həkimin onu müalicə etmək üçün gecikdiyini və bu səbəbdən İtaliyaya gedərək iki dəfə əməliyyat olunduğunu bildirib.

Bu vəziyyətin ona pis təsir etdiyini bildirən model xəstəxanadan 42 milyon lirə təzminat tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью