Modi elan etdi: Pakistana zərbələr…

12.05.2025

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan hələlik Pakistana zərbələri dayandırıb və bundan sonra İslamabadın addımlarından asılı olaraq hərəkət edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi “Sindur” əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində deyib.

"Biz yalnız Pakistana zərbələrimizi təxirə saldıq. Hindistanın gələcəkdə hansı addım atacağı Pakistanın hərəkətlərindən asılıdır”, - o bildirib.

Qeyd edək ki, Modinin oxşar göstərişi ötən gün verdiyi haqda PTİ agentliyi mənbələrinə istinadla məlumat yaymışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью