Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Hindistanın baş naziri Narendra Modi Fransa prezidenti Emmanuel Makronla telefonda Ukraynadakı nizamlanmanı və iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan hökumətinin başçısı "X" sosial şəbəkə hesabında yazıb.
“Dostum prezident Makronla çox yaxşı söhbətim oldu. Biz Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli üçün tədbirlər haqqında fikir mübadiləsi apardıq”, - deyə baş nazir qeyd edib.
Modinin sözlərinə görə, söhbət zamanı tərəflər “Hindistan və Fransa arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”.
Qadir, Bizimyol.info