Modi müharibəni koronavirusla müqayisə etdi

23.03.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Yaxın Şərqdəki münaqişə səbəbindən dünyada yaranan mürəkkəb vəziyyət koronavirus pandemiyası dövrü ilə müqayisə edilə bilər".

"Unikal" xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu müharibənin yaratdığı vəziyyətin uzunmüddətli nəticələri ola bilər, ona görə də biz hazır olmalı və birliyi qorumalıyıq.

"COVID dövründə də oxşar çətinliklərlə qarşılaşmışıq və indi yenidən hazırlıqlı olmalıyıq", - deyə o vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью