Modi Pakistanla müharibə ilə bağlı xalqa müraciət etdi

12.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Sindur" hərbi əməliyyatı çərçivəsində Pakistana zərbələr hələlik dayandırılıb".

Oxu.Az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Hindistanın bundan sonrakı addımları rəsmi İslamabadın hərəkətlərindən asılıdır:

"Pakistanla danışıqlar ancaq terrorizm və pakistanlıların nəzarət etdikləri Kəşmir ərazisinin qaytarılması barədə aparıla bilər".

Qeyd edək ki, Hindistan və Pakistan arasında münaqişə mayın 7-nə keçən gecə kəskinləşib. Hindistan ordusu Pakistan ərazisindəki və Kəşmirin onun nəzarətində olan hissəsindəki hədəflərə zərbələr endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью