Olke.az saytına istinadən Icma.az xəbər verir.
Şanxay Əməkdşalıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə görüşü çərçivəsində Rusiya və Hindistan liderləri görüş üçün çox qəribə bir məkanı seçiblər.
Ölkə.az xəbər verir ki, Hindistan baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə maşında üzbəüz bir saata yaxın danışıqlar aparıblar.
Bu barədə Hindistanın baş naziri Narendra Modi sosial şəbəkə hesabında məlumat verib.
“ŞƏT-in sammitinin iclasından sonra prezident Putinlə mən ikitərəfli görüşümüzün keçirildiyi yerə getdik. Onunla söhbətlər həmişə mənalıdır", - Hindistanın baş naziri yazıb.
Üz-üzə görüş Putinin “Aurus” markalı avtomobilində 50 dəqiqə davam edib.
Mürtəza