Modi tapşırıq verdi: Gülləyə artilleriya ilə...

11.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Hindistanın Baş naziri Narendra Modi ölkənin silahlı qüvvələrinə Pakistanın istənilən düşmən hərəkətinə qəti şəkildə cavab verməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə PTİ agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Modi tapşırıb ki, gülləyə artilleriya ilə cavab veriləcək”, - məlumatda qeyd olunub.

Agentlik Hindistanın “Sindur” əməliyyatının hələ başa çatmadığını bildirib.

“Onlar atsalar, biz də atacağıq, onlar hücum etsə, biz də hücuma keçəcəyik”, - mənbə agentliyə açıqlamasında deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью